Azərlotereyadan gündəlik 5000 AZN şansını qaçırma


Sadəcə T yazıb 3500 qısa nömrəsinə göndərin.


Yalnız Bakcell abunəçiləri üçün.






ŞƏRTLƏR

3/50 lotereyası

“Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “3/50” tirajlı lotereyasının uduş fondunun oynanılmaları 14 avqust 2017-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinədək həftədə 7 dəfə keçiriləcəkdir (tirajın video yazısı – www.azerlotereya.com rəsmi internet səhifəsində yerləşdiriləcəkdir).

“3/50” tirajlı lotereyasının keçirilmə müddəti: 14 avqust 2017-ci il – 31 dekabr 2018-ci il.

  1. “Azərlotereya” açıq səhmdar cəmiyyəti haqqında məlumat:
  • Olduğu yer: AZ1025, Bakı şəhəri, Nobel pr-ti., 13A
  • VÖEN-i: 1300053151
  • Rəsmi internet səhifəsi: www.azerlotereya.com

Əlaqə telefonları: (99412) 490 34 84, faks: (99412) 490 34 67.

  1. Bir variantın qiyməti 1 (bir) manat məbləğində müəyyən edilmişdir.
  2. Lotereya biletlərinin satışı yalnız sms vasitəsi ilə həyata keçirilə bilər.
  3. Uduşlar puldan ibarətdir və uduş fondunun məbləği qəbul edilmiş variantların ümumi məbləğinin 50% - 80% - ni təşkil edir.
  4. Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış formalaşdırılır.
  5. Lotereya biletlərinin satışı yalnız Azərbaycan Respublikasının Bakcell mobil operatoru vasitəsi ilə həyata keçiriləcəkdir (operatorların sayı artırıla bilər). Oyun iştirakçısı 1-dən 50-dək olmaqla istənilən 3 (üç) fərqli nömrəni sms vasitəsi ilə 3500 qısa nömrəyə göndərir.
  6. İştirakçı (abunəçi) seçdiyi rəqəmləri sms vasitəsi ilə 3500 qısa nömrəsinə göndərdikdən sonra, sms variantı mərkəzləşdirilmiş bazaya daxil olur. Kompyuter bazasında rəqəmlərin düzgünlüyü yoxlanılır və düzgün olduğu halda İştirakçıya cavab olaraq 2 hissəli sms göndərilir:

Cavab sms-in 1–ci hissəsində aşağıdakılar qeyd olunur: seçilmiş rəqəmlər, biletin nömrəsi, biletin alınma vaxtı və tarixi, tirajın nömrəsi, tirajın keçirilmə vaxtı və yeri, oyun barədə ətraflı məlumat əldə edilməsi üçün əlaqə nömrəsi və rəsmi internet ünvan.

Cavab sms-in 2 –ci hissəsində uduşların verilməsi (ödənilməsi) barədə məlumat əks olunur. 

İştirakçı qazandığı məbləği yeni biletlərlə əvəz etmək üçün uduşlu biletin nömrəsinə “Y” hərfini əlavə edib 3500 nömrəsinə göndərə bilər. (bu seçimin edilməsi üçün iştirakçıya izahlı SMS göndəriləcəkdir).

İştirakçı qazandığı məbləği cari balansına yükləmək üçün uduşlu biletin nömrəsinə “B” hərfini əlavə edib 3500 nömrəsinə göndərə bilər (bu seçimin edilməsi üçün iştirakçıya izahlı SMS göndəriləcəkdir).

Daxil olunmuş variant səhv olduğu halda İştirakçıya nömrələrin səhv daxil edilməsi barədə sms göndərilir (cavab sms-də rəqəmlərin yığılma qaydaları barədə məlumat qeyd olunur). 

Variantların düzgün daxil edilməsi nümunəsi Səhv daxil edilmiş variantların nümunəsi
6 13 20 61320
6,13,20 6t13m20
6.13.20  
6/13/20  
6-13-20  

 

  1. Uduş fondunun oynanılması lototron vasitəsi ilə həyata keçirilir. Lototronda 1-dən 50-dək nömrələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən lototrondan 3 (üç) ədəd şar çıxarılır. Lototrondan çıxarılmış 3 (üç) ədəd şarın nömrələri oyunda iştirak edən oyun variantlarındakı 3 (üç), 2 (iki) və ya 1 (bir) nömrə ilə uyğun gəldikdə həmin biletlər (variantlar) uduşlu sayılır.

Texniki səbəblərdən lototrondan istifadə etmək mümkün olmadıqda, uduşlu nömrələrin təyin edilməsi torba və çəllək vasitəsi ilə həyata keçirilə bilər.

  1. Hər tirajın uduş fondu 3 (üç) kateqoriya üzrə bölüşdürülür:

10.1. I kateqoriya – Lototrondan çıxarılmış 3 (üç) ədəd şarın nömrələri oyunda iştirak edən variantın nömrələrinin 3 (üçü) ilə uyğun gəldikdə həmin variant (bilet(lər)) uduşlu sayılır və “Cek Pot”a sahib olur. Belə olan halda II kateqoriyalı və III kateqoriyalı uduşlar həmin biletin uduşuna daxil edilmirlər. I kateqoriya üzrə bir neçə variant uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi (Cek Pot) udan biletlər arasında bərabər bölüşdürülür.

10.2. II kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən variantın nömrələrinin 2 (ikisi) ilə uyğun gəldikdə həmin variant (bilet(lər)) uduşlu sayılır və uduş fondunun 2%-20%-ni udmuş olur. Belə olan halda III kateqoriyalı uduşlar həmin biletin uduşuna daxil edilmirlər. II kateqoriya üzrə bir neçə variant uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan biletlər arasında bərabər bölüşdürülür.

10.3. III kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən variantlın nömrələrinin 1 (biri) ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və uduş fondunun 10%-60%-ni udmuş olur. III kateqoriya üzrə bir neçə variant uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan biletlər arasında bərabər bölüşdürülür.  

  1. Tirajlı lotereyada I kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ növbəti tirajın “Cek Pot”una əlavə edilir.

Lotereya iştirakçılarının həvəsləndirilməsi məqsədilə “Cek Pot”a uduş fondundan əlavə pul mükafatı ayrıla bilər (ilk tirajın “Cek Pot”una “Azərlotereya” ASC-nin mənfəəti hesabına maksimum 5 000 (beş min) manatadək məbləğ ayrıla bilər).   

Tirajda II-ci kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ III-cü kateqoriyalı uduşlar üçün ayrılan məbləğin üzərinə əlavə olunur və tam olaraq bölüşdürülür.

  1. Hər yenilik və əlavələr haqqında KİV-lə (www.azerlotereya.com) əhaliyə əvvəlcədən məlumat veriləcəkdir.
  2. Oyunun nəticələri haqqında məlumat uduşların oynanılmasından növbəti gün “Azərlotereya” ASC-nin www.azerlotereya.com rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
  3. Uduşlu lotereya biletlərinin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən başlayır və 3 (üç) il ərzində davam edir. Uduş “Azərlotereya” ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir). 50 (əlli) manatadək məbləğdə olan uduşlar pul şəklində abunəçinin hesabına köçürülür və nağd pulla əvəzləşdirilmir, 50 (əlli) manat və daha böyük məbləğdə olan uduşlar Bakı şəhəri, Nobel prospekti 13A ünvanında “Azərlotereya” ASC tərəfindən ödənilir. 2017–ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.
  4. Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.